İstiqlal Muzeyində növbəti sərgi - “Paralel”

İstiqlal Muzeyində növbəti sərgi - “Paralel”, Javid

Dövlət müstəqilliyimizin bərpasının 27–ci ildönümü münasibətilə tədbir–sərgi keçiriləcək

Oktyabrın 17- də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 27–ci ildönümü münasibətilə “Paralel” adlı tədbir–sərgi keçiriləcək.

Muzeydən bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40–dan çox fotoşəkil nümayiş etdiriləcək.

Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı maraqlı bədii proqram təqdim olunacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər