Paytaxt restoranlarına xəbərdarlıq edildi

Xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyəti dayandırıla bilər

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır:

“Bu da havanın çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur. Əhali tərəfindən ETSN-yə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından bugünədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərindən 217-nin  ətraf ərazilərində monitorinq və araşdırma aparılıb”.

Ramal Bağırov bildirib ki, may ayında aparılan araşdırmalar zamanı məlum olub ki, şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa, yalnız bir şadlıq sarayında belə qurğunun olduğu müəyyən edilib: 

“Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması məqsədilə vaxt verilib.

Həmin müddətdə 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir. Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan yeddi obyekt sahibi vəzifəli şəxs qismində 23 min manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır.

Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, demək olar ki, heç bir iş görülməyib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
146 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Sürücülər arasında yol üstündü mübahisə dava ilə bitib. Paytaxtın Nəsimi rayonunda metronun “Memar Əcəmi” stansiyası yaxınlığında kütləvi dava baş verib. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəyə səbəb Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməməsi olub. Sürücülər arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib. Həmçinin oxu: Bakı met...
Hadisələr
Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib. Bakucity.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ)...
Biznes
Ekspert "Baxış bucağı"nda bəzi təşəbbüslər irəli sürüb İqtisadçı ekspert, “VXA AUDİT” şirkətinin direktoru Elçin Qurbanov Bakucity.az-ın  qonağı olub. E.Qurbanov saytımıza verdiyi müsahibəsində Azərbaycanda vergi sahəsində aparılan islahatlar, vergi mədəniyyətinin indiki vəziyyəti, həmçinin vergi inzibatçılığının aparılmasında görülən işlərdən danışıb və vergi sahəsi ilə bağlı bəzi təşəbbüslər irəli sürüb. Sözügedən müsahibəni izləyicilərimizə təqdim ediri...
Cəmiyyət
Bu il paytaxtda 2508 ailə dağılıb Statistikaya görə, bu ilin ilk yarısında ölkə üzrə ümumilikdə 8 min 257 boşanma rəsmiləşib ki, bunun da 2508-i Bakıda qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, ailələr əsasən qarşılıqlı anlayış olmadıqda dağılır. Boşanmalar isə daha çox uşaqlara zərər vurur. Maraqlıdır, münaqişəli ailələrin məcburi davam etməsi, yoxsa nikahın pozulması uşaqlara daha çox zərər verir?  Bakucity.az bu və digər suallara cavab almaq üçün “İ...
Cəmiyyət
Sərginin baş sponsoru “Kapital Bank”dır 10-12 oktyabrda Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək.  Bakucity.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.  Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta...
Cəmiyyət
“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi” Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.  Bakucity.az-ın APA-ya istinadən xəbərinə görə, ittihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülg...
Cəmiyyət
“Bütün söyüşlər özümə qayıtsın” Bakıda yol polisini ağır söyüşlərlə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.  Bakucity.az xəbər verir ki, sürücünün üzrhaqlıq videosu sosial şəbəkələrdə yayılıb. “Yol polisi əməkdaşı məni saxladı və taksi lisenziyası olmadığına görə cərimə yazdı. Protokolu götürüb maşına tərəf gedəndə özümdən çıxdım. Geri qayıdıb yol polisi əməkdaşını təhqir etdim. Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürü...
Cəmiyyət
2019-cu ilin payızında Bakı sakinləri necə geyinəcklər?  Hər bir mövsümün öz rəng palitraları var, və bu rənglər dizaynerlərin yeni kolleksiyalarının trend tonlarına diktə edir. Bundan əlavə mövsümdən mövsümə geyimin tərzi, forması və keyfiyyətini dəyişir. Dizayner  və “Noora” brendinin təsisçisi Nurlana Allahverdiyeva bu payızın dəbi haqda Bakucity.az-a danışıb.  Modelyer bildirir ki, geyimin əsas və başlıca elementi rənglərin və aksesuarların müxtəlifliy...
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Bakucity.az