“Yaşıl dalğa” bulvarda aksiya keçirdi - bakucity.az

“Yaşıl dalğa” bulvarda aksiya keçirdi

Tədbir Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunub

Bakucity.az xəbər verir ki, bu gün Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə ”Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib. Tədbir Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunub. 

Azərbaycanda ekoloji problemlərə ölkə rəhbərliyi tərəfindən daima diqqət yetirilir. Aksiya zamanı şagirdlərə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Ekologiyanın müdafiəsi- xalqın sağlamlığının, milli genefondun müdafiəsi deməkdir” fikrinin əhəmiyyəti aşılanıb. 

Azərbaycanın endem bitkilərinin qorunmasını təbliğ edən ekoloji aksiyanın əsas məqsədi bəşəriyyətin gələcək inkişafının  qayğısına qalmaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası  estafetini qəbul edəcək  gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir. 

Aksiyada Bakı Avropa Liseyinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin,Bakı şəhərinin 6 və 132-134 nömrəli məktəblərinin şagirdləri iştirak edib.

Tədbirin “Vernisaj” adlanan ilk hissəsində şagirdlərin Dənizkənarı Milli Parkda Azərbaycanın endem florasına aid çəkdikləri rəsmlər sərgilənib.

Daha sonra AMEA-nın Botanika İnstitutununSistematika və biomüxtəliflik şöbəsinin müdiri dos. Rəşad SəlimovşagirdlərəAzərbaycan endemləri barədə interaktiv mühazirə keçib.

Sonda şagirdlərə endem bitkilərin toxumlarıtəqdim olunub, onlara bu bitkilərə Novruz bayramına qədər öz evlərindənecə qulluq edəcəkləri və sonradanəkəcəkləri haqqında təlimat verilib. 

Aksiya iştirakçılarının bir qismi Azərbaycanın “Qırmızı Kitabı”na salınan və digər endembitkilərin tinglərini (dəmir ağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı və s.) mütəxəssislərlə birgə  Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər.Tədbir zamanı əkilən bütün bitkilər və tinglər AMEA-nın Mərkəzi Nəbatat bağının  hədiyyəsidir.

Qeyd edək ki, hər il 6 oktyabr Dünyada  Yaşayış Məskənlərinin Müdafiəsi Günü kimi qeyd edilir. Bu günlərdə  bəşəriyyətin diqqətini Yer  planetinin flora və faunasının qorunması  probleminə cəlb etmək məqsədi ilə müxtəlif ölkələrdə beynəlxalq bayram keçirilir. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Konfransda rəhbər şəxslər və ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edib Bakucity.az xəbər verir ki, paytaxtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib. Konfransda Prezident Administrasiyası, Müdafiə, Gənclər və İdman nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və P...
Mədəniyyət
Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci ölkədir   Bakucity.az xəbər verir ki, iyunun 18-də Barselonada "CineEurope" avropa sərgisində (Barcelona International Convention Centre) kino texnologiyaları üzrə aparıcı CJ 4DPLEX (www.cj4dx.com) şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında “Dəniz Mall” TM-də yeni 4DX formatlı texnologiyanın quraşdırılmasına dair müqavilə imzalanıb. Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca...
Kriminal
Kultivasiya yolu ilə yetişdirilən narkotik bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir Daxili İşlər Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Denis Ardatyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zama...
Cəmiyyət
Bu barədə vəkil Emin İsayev məlumat verib Bakucity.az xəbər verir ki, Elina Hacıyevanın təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı cinayət işi üzrə Komission-Ekspertiza yekunlaşıb. Bu barədə vəkil Emin İsayev məlumat verib.  Onun sözlərinə görə, E.Hacıyevanın işi üzrə Komission-Ekspertiza Bakı Şəhər Prokurorluğuna göndərilib.  Vəkil həmçinin qeyd edib ki, E.Hacıyevanın qəbrinin üzərində təhqiredici hərəkətlərin edilməsi...
Hadisələr
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az xəbər verir ki, iyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlarında olan qadını vurub. Piyada hadisə yerindəcə ölüb. Məlumat Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilib. Xəzər RPİ tərəfindən araşdırma aparılır. Bakucity.az
Biznes
Adı çəkilən MMC ölkədə siqaret istehsalını həyata keçirir Bakucity.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 mana...
Cəmiyyət
Uşaq pulu ilə bağlı məsələlər barədə millət vəkili məlumat verib Bakucity.az xəbər verir ki, Milli Məclisin komitə sədri Siyavuş Novruzov REAL TV-yə müsahibəsində uşaq pulu ilə bağlı məsələlərin müzakirə olunduğunu deyib. Deputat bildirib ki, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".  Bakucity.az
Cəmiyyət
Qızlar Bakının mərkəzində dava edib Bakucity.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə bu gün yayılıb. Paytaxtın Nizami küçəsində (Tarqovı) 10-15 qızın iştirakı ilə dava-dalaş olub. Qızların əksəriyyəti hadisəni sakitləşdirməyə çalışıb. (Publika.az) Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Cəmiyyət
Eskalatorların yenidən istismara verilməsi sentyabr ayına planlaşdırılır Bakucity.az xəbər verir ki, “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. "Bakı Metropoliten" QSC-dən verilən məlumata görə, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, z...