Paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli , onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli- mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.
Bu barədə Bakucity.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, "İçərişəhər" və “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruqlarına və muzeylərə məktəblilərin səfərləri həyata keçirilir.
Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədərdövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah vəsikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları ilə yaxından tanış olurlar.
Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fondunatamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlarverilir.
Bakı məktəbliləri üçün ekskursiyaların tədris ili ərzində davam etdirilməsi nəzərdətutulur.
Bakucity.az