Kukla Teatrı ittihamlara cavab verdi

Bağçalara 6 manata bilet satılıb?

Teatrın mətbuat katibi Həmidə Rüstəmova “Report”a açıqlamasında bildirib ki, adətən belə hallarla rastlaşırlar.

O qeyd edib ki, Kukla Teatrı açıq kassa üsulu ilə işləyir, uşaq bağçaları, məktəblər və digər təhsil müəssisəsində bilet satışını həyata keçirmir: “Həmin qurumlar bizə müraciət edib kassadan bilet alırlar və bu biletlər üçün stabil qiymət var. Bölməsindən və saatından asılı olmayaraq uşaqlar üçün tamaşalara biletin qiyməti 3 manatdır. Böyük yaş qurupu üçün festival və kukla tamaşaları 5 manatdır və bu qiymət yalnız böyüklər üçündür. Azərbaycan Dövlət Kukla Teatrı ölkənin əsas kukla teatrıdır, Kukla teatrı deyərkən Azərbaycan Dövlət Kukla Teatrı nəzərdə tutulur. Biz özümüz də teatrın adından istifadə edən şəxslərə qarşı mübarizə aparırıq. Əgər kimsə belə hallarla rastlaşsa, bizə məlumat vermələrini xahiş edirik".

H.Rüstəmova deyib ki, keçmiş təhsil naziri Mikayıl Cabbarovun vaxtından bağçalarda, məktəblərdə bilet satışı qadağan olunub: “Teatrda tamaşalar, ancaq səhnədə göstərmək üçün hazırlanır. Səyyar formada yalnız qastrollara, xeyriyyə məqsədilə uşaq evlərinə, cəzaçəkmə müəssisələrinə gedirik və bilet satışı olmur. Bizdə tamaşaçı problemi də yoxdur ki, haradasa bilet sataq. Bəlkə də biletləri alıb üstünə yol xərcini, əyləncə pulunu əlavə edirlər. Biz yalnız satdığımız biletə cavabdehik və biletin üzərində də qiymətinin 3 manat olduğu yazılır”. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakıda iş yerində bədbəxt hadisə baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahinda işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, o...
Siyasət
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını alnır. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Bu barədə BakuCity.az-a Müdafiə Nazirliyi məlumat verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə...
Cəmiyyət
Nazirlər Kabineti tikinti ilə bağlı qaydalarda dəyişiklik edib. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a dəyişiklik edib. Yeni qərara əsasən, tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib. Bundan sonra çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50%-də tikinti aparmaq mümkün olacaq. Binanın ümumi sahəsi üçün verilən hədd də 66%artırılıb. Qayd...
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlərlə bağlı açıqlama yayıb. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda Azərba...
Cəmiyyət
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyindən BakuCity.az-a daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun...
Siyasət
Prezident İlham Əliyevin gözlənilən müharibə öncəsi Ermənistan daxilində siyasi toqquşma yaratmağa hesablanmış addımı reallaşdı. Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb. BakuCity.az xəbər verir ki, Nikol Paşinyan ona qarşı çevrilən daxili ictimai...
Cəmiyyət
Ağırlaşma və ölüm riskini azaldan vitamin. D vitamini səviyyəsi normada olan COVİD-19 xəstələrində ağırlaşma və ölüm halları adıçəkiln vitaminin defisiti olanlarla müqayisədə əhəmiyyətli dərəcədə azalır. BakuCity.az xəbər verir ki, amerikalı alimlər belə qənaətə gəliblər. Belə ki, Boston Universitetinin tibb məktəbinin mütəxəssisləri xəstəxanaya yerləşdirilən zaman 235 xəstənin qanından azalizlər götürüb və D vitamini səviyyəsini yoxlayıblar. Sonra onlarda...
Cəmiyyət
Sürücülər cərimə edilir. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir. BakuCity.az xəbər verir ki, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. V.Əsədov qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutuları olmalıdır. “Bu, “Yol hərəkəti haqq...
Cəmiyyət
ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib. BakuCity.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb: "ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşe...