Bakı məktəblərində "fast food"a qarşı yeni layihə başlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” maarifləndirici layihəsinə start verib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” maarifləndirici layihəsinə start verib. Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Agentlikdən Bakucity.az-a verilən məlumata görə, layihə çərçivəsində oktyabırın 12-si Nəsimi rayonunda yerləşən 8 Saylı Orta Məktəktəbin şagirdləri ilə görüş keçirilib. Tədbirdə ilk olaraq məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub. Daha sonra agentlik əməkdaşları tərəfindən təqdim olunan “16 oktyabr – Ümumdünya Qida Günü” ilə əlaqədar təqdimatlar və “Mən qidayam” adlı videoçarx şagirdlərə nümaiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast Food qidaların ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Qeyd edək ki, cari ilin sonunadək layihənin Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3 reviews oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb Bakucity.az xəbər verir ki, Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində təsbit edilib: “Həmin sənəddə ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fə...
İdman
Topaz Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib Bakucity.az xəbər verir ki, çempionatın yayım hüququna sahib "CBC Sport" telekanalı bu həftə canı yayımlayacaq qarşılaşmaların və idman yarışlarını açıqlayıb.  Məlum olub ki, turda oktyabrın 27-də saat 16:00-da "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bundan 2 saat sonra "Sabah" "Zirə"ni qəbul edəcək. Növbəti günün ilk görüşündə saat 15:00-da "Səbail" və "Keşlə" üz-üzə gələcək. Tura ye...
Cəmiyyət
Səkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatı aparılır Bakucity.az xəbər verir ki, Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir. Bu barədə Report informasiya agentliyinin hazırladığı materialda bildirilir. Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar...
Biznes
Cədvəldə 22 sığorta və təkrarsığorta şirkətinin adı qeyd olunub  Bakucity.az xəbər verir ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb. Şirkət barədə yazılan ümumi rəy, rəyin təsdiqlənib-təsdiqlənməməsi, qeyd olunan məsələnin həll edilməsi şirkətlərin reytinqinə təsir edən əsas amillər hesab olunur. ASA-nın internet səhif...
Cəmiyyət
Tibb Universitetində anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub ATU-nun Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb. Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsəno...
Hakimiyyət
Azərbaycanda 160 gəmiçiyə mənzil veriləcək Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev jurnalistlərə açıqlamasında bildirib. O həmçinin qeyd edib ki, bu ilin sonuna qədər Bakıda Gəmi Muzeyi də açılacaq. Reportun verdiyi məlumatda bildirilir. Sürücülərin nəzərinə: bu tələb ləğv edildi - Qərar “Paytaxdakı Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin açılışını planlaşdırırıq”, - deyə o, qeyd edi...
Cəmiyyət
Yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif  küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçi...
Hakimiyyət
Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru dəyişdirilib. Bakucity.az xəbər verir ki, BŞİH-nin departamentin Ticarət və Xidmət Departamentinin  direktoru Ramiz Hacıyev işdən çıxarılıb və həmin vəzifəyə İntiqam Məmmədov təyin olunub. Report-un verdiyi məlumatda bildirilir.  Bakucity.az
Cəmiyyət
Dövlət Bayrağı günü ilə əlaqədar qeyri-iş günü olacaq. Bakucity.az xəbər verir ki, Bayram həftənin cümə gününə təsadüf etdiyinə görə, Bakı sakinləri 3 gün evdə oturacaqlar. Əmək məcəlləsinə əsasən bu bayram günü vətəndaşlar üçün istirahət günü kimi müəyyənləşdirilib.  Belə ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür...