Sürüşmə zonasında 11 evin qazı kəsildi

Mənzillərə qazın verilib verilməyəcəyi günün sonuna kimi məlum olacaq

Bakucity.az Trend-ə istinadən xəbər verir ki, Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidəki mənzillərə təbii qazın verilişi dayandırılıb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.

İbrahim Kərbəlayevin sözlərinə görə, sürüşmə baş verən kimi ərazidə olan 11 fərdi evə təbii qazın verilişi dayandırılıb:

"Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Günün sonuna qədər veriləcək qərarı gözləyirik. Qərardan asılı olaraq əraziyə qazın verilib verilməyəcəyi məlum olacaq".

Bu gün günorta saatlarında Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi də dayandırılıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Konsertdə Süleyman Ələsgərovun sevilən mahnıları səslənib. Bakucity.az xəbər verir ki, fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert keçirilib. “Mədəniyyət” telekanalının təşkilatçılığı ilə gerçəkləşən konsertdə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, Babək...
Mədəniyyət
Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunacaq. Bakucity.az xəbər verir ki, martın 8-11-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində olan opera studiyasında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşcu rejissor Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşcu rəssamı isə E...
İdman
10-cu “Baku Open” beynəlxalq karate turniri Martın 14-də start götürəcək. Bakucity.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Kompleksində dörd gün davam edəcək yarış 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatını ərəfəsində test xarakteri daşıyır. Bütün yaş qrupları arasındakı yubiley turnirində 10-dan artıq ölkə karateçilərinin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkili üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiy...
Mədəniyyət
Teatr üçün 2,0 milyon manat ayrılıb. Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması bardə Sərəncam imzalayıb.  Sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinə 2,0 milyon manat vəsait ayrılıb. Bakucity.az
Cəmiyyət
Dilimizin inkişafı və təbliği istiqamətlərindən danışılıb. Bakucity.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfrans olub. Konfransı İnstitutun direktoru, akademik Möhsün Nağısoylu açaraq 21 fevral Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb.  M.Nağısoylu Azərbaycan dilinin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artm...
Mədəniyyət
Kitab Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib Bakucity.az xəbər verir ki, Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi münasibəti ilə “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib. Bunu …-ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Onun sözlərinə g...
Mədəniyyət
Sərgidə 50-dək əl işi nümayiş olunur Bakucity.az xəbər verir ki, fevralın 20-də Azərbaycan Gənclər Fondunun dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən nəsillərə ötürülən sənət” adlı fərdi sərgi açılıb. Sərgidə İ. Rəsulzadənin müxtəlif forma və üslublarda hazırladığı 50-dək əl işi nümayiş olunur. Sərginin açılışından öncə Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin direktoru S...
Cəmiyyət
Hadisə münaqişə zəminində törədilib Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Zalov 4 il azadlıqdan məhrum edilib. İttihama görə, ötən il sentyabrın 8-də Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tər...
Mədəniyyət
“Günay” Uşaq Teatrının hazırladığı tamaşa göstəriləcək Bakucity.az xəbər verir ki, fevralın 21-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Günay” Uşaq Teatrının hazırladığı Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq. Tədbir “Günay” Uşaq Teatrı, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialı ilə birgə hazırlanıb. Tamaşanın müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayal...