Türkiyənin tanınmış müğənnisi Bakıda filmə çəkilib

Müğənni və aktyorların iştirakı ilə mətbuat konfransı keçirilib

"CinemaPlus Gənclik Mall" kinoteatrında tanınmış türkiyəli müğənni Halil Sezai və aktrisa Müge Boz, həmçinin filmdə rol alan azərbaycanlı müğənni və aktyorların iştirakı ilə mətbuat konfransı keçirilib.

Bakucity.az xəbər verir ki, film 2018-ci ildə Cinemazadeh şirkətinin ən böyük layihəsidir.

Filmin baş prodüseri, ideya müəllifi və quruluşçu-rejissoru Cəfər Axundzadə bildirib ki, filmdə, demək olar ki, hər kəs baş rol ifa edir: "Filmin bütün aktyor heyətini buraya yığmaq çətin olardı. Çəkilişlər hələlik davam edir. Bu, Azərbaycanın müasir filmləri arasında ən bahalı filmdir. Premyera vaxtını dəqiq deyə bilmərəm, yəqin ki, dekabrın 8-i ərəfəsində baş tutacaq. Film təkcə Türkiyədə deyil, Avropa kinoteatrlarında da nümayiş olunacaq".

Müğənni Halil Sezai bildirib ki, Müge Boz ilə bərabər surprizləri olacaq: "Filmdə hadisələr Yeni il ərəfəsinə təsadüf etdiyindən musiqi də ifa etmişəm. Doğurdan da, çox əyləncəli bir çəkiliş oldu".

Daha sonra aktyorlar jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, filmin ssenarisini Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə yazıb. Quruluşçu-operator Rauf Qurbanəliyev və Orxan Məmmədov, səs rejissoru Orxan Ağalarov, quruluşçu rəssam Zaur Abdullayev, geyimlər üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssam Aytən Hüseynzadə, ikinci rejissor Vüsal Hacıqədir, post-prodakşn supervayzer Vüqar İslamzadə, vizual effektlər üzrə dizayner Rəşad Əfəndiyevdir. Musiqili direktor Aynur Axundzadə, sauntrekin bəstəkarı Elvin Novruzov, icraçı prodüsser Emil Davudzadə, marketinq direktoru Zaur Darabzadədir.

Film Yeni il gecəsi bir oteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar da həmin hekayələr üzrə qruplaşıb. Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarını Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev canlandırırlar. Nişanda iştirak etmək üçün otelə gələn dostların hekayəsinin baş qəhrəmanları isə Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. Ailəsinə öz hesabına böyük otel otağı kirayə götürən imkanlı şəxslər, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanların rolunda Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı çıxış edirlər. Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları isə İslam Mehrəliyev, Kəmalə Piriyeva və Ceyhun Zeynalov canlandırırlar. Yeni il şousu üçün isə otelə Türkiyədən tanınmış müğənni Halil Sezai və aktrisa Müge Boz dəvət olunub. Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M.Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırırlar.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Bakı Kitab Mərkəzində növbəti tədbir Bakucity.az xəbər verir ki, 18 dekabrda Bakı Kitab Mərkəzində fransız bəstəkar Elios Azule ilə görüş keçiriləcək. Görüşdə bəstəkar “Hər şey musiqidir” (“Tout est musique”, “All is music”) adlı kitabının təqdimatını keçirəcək və öz seçilmiş musiqi əsərlərini klarnetdə ifa edəcək.  Tədbir axşam saat 19:00 - 20:20 aralığında baş tutacaq.  Bakucity.az
İdman
“Formula-1”in rəsmi saytı 2018-ci ilin yekunları üzrə onluğunu hazırlayıb Bakucity.az xəbər verir ki, Bakıda “Red Bull” komandasının pilotları Daniel Rikkardo və Maks Festappenin toqquşması 6-cı, “Mersedes”in pilotu Vallteri Bottasın idarə etdiyi avtomobilin şinin deşilməsi isə 4-cü yeri tutub.  Bakı Qran-prisində “Mersedes” komandasının pilotu Lyus Hamilton qələbə qazanıb. Bakucity.az
İdman
“Müqaviləsinə şərt saldıq…” Bakucity.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Reynaldonun Ağdam klubuna qayıtmaqla bağlı söhbətlərinə fikir bildirib. O, braziliyalı oyunçunun qayıdışını təsdiqləyib. Qurbanov həmçinin, Reynaldoya xüsusi şərt qoyulacağını da bildirib: “Reynaldo artıq Bakıdadır. Sabah isə tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, müqavilə imzalanacaq. Buradan gedişindən əvvəl son zamanlar əyləncəyə meyilli olmuşd...
Cəmiyyət
İçməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq. Bu barədə “Azərsu” ASC-dən bildirilib. Qurum yaranacaq nara...
İdman
1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib Bu gün İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmada qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, Çempionlar Liqasının qrup üçüncüləri də iştirak ediblər. Püşkatmanın nəticələri belədir: “Viktoriya” (Çexiya) - “Dinamo” (Xorvatiya) “Brüqqe” (Belçika) - “Zalsburq” (Avstriya) “Rapid” (Avstriya) - “İnter” (İtaliya)...
Mədəniyyət
Konsertdə tanınmış rusiyalı musiqiçilər çıxış edəcək Bakucity.az xəbər verir ki, dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq. Muğam Mərkəzindən bildirilib ki, konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu...
Biznes
Keçidlərdə maşınlar altdan, qatarlar isə üstdən keçəcək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov “Real TV”yə müsahibəsində həm görülən işlər barəsində, həm də yeni ildən tətbiq ediləcək yeniliklərdən danışıb. Bunu da oxu: 2018-ci ildə Bakıya səfər edən dövlət başçıları – Top 10 Onun sözlərinə görə, gələcəkdə dəmir yolu stansiyalarının üzərində məntəqələr düzəldiləcək. Orada həm avtobus, həm də qatarlar dayanaca...
Mədəniyyət
Müsabiqəyə 700-dək uşaq, 1800 əsəri ilə qatılıb Bakucity.az xəbər verir ki, Dekabrın 19-da Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xət...
Siyasət
2018-ci il paytaxt Bakının qaynar diplomatik həyatı olub Digər bütün sahələrdə olduğu kimi, 2018-ci ildə Bakıda bir-birindən əhəmiyyətli siyasi görüşlər baş tutub. Bir il ərzində Bakıya çox sayda dövlət başçısı ziyarətə gəlib. Müxtəlif məqsədlər çərçivəsində həyata keçirilən ziyarətlər Bakının həm də bir diplomatiya şəhəri olması mənasını verir.  BakuCity.az oxucularının marağını nəzərə alaraq 2018-ci ildə Bakıya səfər edən ən əhəmiyyətli dövlər xadimlərin...