Sürücülərə müjdə - Gözlənilən dəyişiklik baş tutdu

Beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb

Əlifbamızda olan bəzi hərflərin latın qrafikasında olmaması xarici ölkələrdə avtomobil sürmək istəyən vətəndaşlarımıza bəzi hallarda problem yaradırdı. Sürücülərin belə hallarla qarşılaşmamaları üçün yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb. 9 dildə olan və bütün ölkələrdə tanınan beynəlxalq sürücülük vəsiqəsini azərbaycanda milli sürücülük vəsiqəsi olan hər kəs əldə edə bilər.

Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.

Milli vəsiqəyə malik alan hər bir vətəndaş beynəlxalq sürücülük vəsiqəsi əldə etməklə istənilən dövlətin ərazisində rahatlıqla avtomobil icarəyə götürə və idarə edə bilər. Yeni sürücülük vəsiqəsi 9 dildə təqdim olunur. Sürücülük vəsiqəsini yeni alanlar da elə həmin gün beynəlxalq sürücülük vəsiqələrini əldə edə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, yeni sürücülk vəsiqəsində olan dəyişikliklər həm Vyana Konvensiyanın 7-ci Əlavəsi ilə tövsiyə olunur, həm də bəzi ölkələrdə vətəndaşlarımızın üzləşdikləri problemi həll edir. Lakin həmin vəsiqə ilə yanaşı, milli sürücülük vəsiqəsi də mütləq təqdim olunmalıdır.

Kamran Əliyev onu da qeyd etdi ki, sürücülərin özü bu vəsiqəni əldə etməyə maraq göstərir. Xüsusilə də xaricə avtomobillə səyahət edənlər, xaricdən avtomobil gətirənlərvə orda avtomobil icarəyə götürənlər yeni vəsiqələr əldə etmək üçün müraciət edirlər. (anews.az)

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Müştərilərin ən çox sifariş verdiyi yeməklər hansılardır? Gündəlik həyatında, xüsusilə də istirahət və özəl günlərdə fərqli mətbəxlərə üstünlük verən kifayət qədər insan var.  Paytaxtda gürcü mətbəxi ilə xidmət edən restoranlarda daha çox hansı yeməklər sifariş olunur? Gürcü yeməklərini yerli, yoxsa gürcü aşbazlar hazırlayır? Menyuların qiyməti sərfəlidirmi? Bakucity.az bu sualların cavab tapmaq üçün maraqlı araşdırma aparıb.  “Mziuri” restoranı Restoranda...
Hadisələr
Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakucity.az  xəbər verir ki, Yasamal rayonu, İnşaatçılar prospekti, 553-cü məhəllə, 2 D ünvanında sürücü Zaur Adil oğlu Kazımov “Opel Vectra” markalı “99 NS 267” dövlət qeydiyyat nişanlı avtomobillə şəxsiyyəti məlum olmayan 40-45 yaşlı qadını vurub. Piyada 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, aldığı xəsarətdən həmin xəstəxanada ölüb. Qeyd edək ki, hadisə sürcünün avtomobili park edərkən arxay...
Cəmiyyət
Bakı şəhəri, Babək prospektində yol yenidən çöküb.  Bakucity.az xəbər verir ki, yolun çökməsi nəticəsində bir avtomobil qəzaya uğrayıb. Məlumata görə, “Mercedes” markalı avtomobil həmin yerdən keçərkən qəzaya düşərək zədələnib. Qeyd edək ki, yol iki gün əvvəl çöküb. Yolun çökməsindən indiyədək həmin ərazidə bir neçə avtomobil ziyan görüb. (Report) Bakucity.az
Ekologiya
Sabaha paytaxtda hava necə olacaq? Bakucity.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatını təqdim edir: Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.  Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz  26-28 dərəcə isti təşkil edəcək. Atmosfer...
İdman
“Keşlə” futbol klubu daha bir futbolçu ilə müqaviləni uzadıb.  Bakucity.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Azər Salahlı ilə yeni sözləşmə 1+1 şərti ilə bağlanılıb.  Qeyd edək ki, Azər Salahlı 2018-ci ilin yayından "Keşlə"də çıxış edir. (Report) Bakucity.az
Cəmiyyət
Paytaxtda polis gücləndirilmiş iş rejimində çalışacaq. Bakucity.az xəbər verir ki, bu, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədardır.  Mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlər ilə bərabər turist axını da gözlənilir. Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asa...
Hakimiyyət
Prezident vətəndaşlarla səmimi söhbət edib. Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb. Prezident orada fəaliyyət göstərən marketdə olub, satıcılarla söhbətləşib, qiymətlərlə maraqlanıb. Bakucity.az
Hadisələr
Paytaxtda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb. Bakucity.az xəbər verir ki, gecə saatlarında xüsusi texniki vasitələrlə qorunan obyekdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman oranın qapısının sındırıldığı müəyyən edilib.  Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal 20 Yanvar küçəsində yerləşən mağazaya yollanıblar.  Polis əməkdaşları hadisə yerinə daxil olan zaman əlində kəsici alə...
Cəmiyyət
Paytaxtın məkətəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.  Bakucity.az xəbər verur ki, müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub. Müşavirədə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları işt...