Bakıda yamac şosenin üstünə çökdü

Bakıda yamac şosenin üstünə çökdü , Javid

Badamdar şosesində kəskin maili dağ yamacında çökmə baş verib

Bakucity.az Oxu.Az-a istinadən bildirir ki, Səbail rayonu, Badamdar qəsəbəsi Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında çökmə baş verib.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında ərazidə sürüşmə baş verib:

“Böyük bir ərazini əhatə edir. 200-250 metr enində olan kütlə çöküb. İstinad divarının bir hissəsi tamamilə çöküb, uçub”.

Əziz Qaralov qeyd edib ki, torpaq kütləsi magistral yola çatıb: 

“Ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər