Dövlət Yol Polisi sürücülərə müraciət etdi

"Qaydalar kobud şəkildə pozulur"

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxt ərazisində dayanma-durma qaydalarını pozaraq tıxaclara səbəb olan sürücülərə müraciət edib.

İdarədən Bakucity.az-a verilən xəbərə görə, müraciətdə bildirilir ki, quruma vətəndaşlar tərəfindən paytaxt ərazisində dayanma-durma qaydalarını pozan sürücülər və onların hərəkətin intensivliyinə yaratdıqları maneələr barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bu məqsədlə idarə əməkdaşları tərəfindən müraciətlərin yerindəcə araşdırılması məqsədi ilə bəzi küçə və prospektlərdə müşahidələr aparılıb. Məlum olub ki, Bakının İsmayıl bəs Qutqaşınlı, Bəxtiyar Vahabzadə (xüsusən Bakı Dövlət Universiteninin qarşısı), Şərifzadə küçələrində, eləcə də Qara Qarayev prospektlərində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur.

Müşahidələrin aparıldığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində hərəkət ikitərəfli olsa da faktiki cəmi bir zolaq işləyir. Çünki, buradakı müxtəlif şirkətlər, tibb müəssisələri və digər obyektlərin qarşısı dayanacaq kimi istifadə olunur. Avtomobillər isə səkiyə paralel yox, perpendikulyar park edildiyindən nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Qeyd etmək lazımdır ki, həmin ərazidə Yanğından Mühafizə Briqadası da yerləşir. Həmin qrumdan DYP-yə daxil olan müraciətdə küçədə qanunsuz park edilən avtomobillərə görə yanğınsöndürən avtomobillərinin normal hərəkətinin mümkünsüzlüyü qeyd olunur.

Nizami rayonu Qara Qarayev prospektində aparılan araşdırmalar zamanı məlum olub ki, gün ərzində həmin prospekt boyunca 600-dən artıq avtobus hərəkət edir. Həmin avtobusların hərəkət trayektoriyası araşdırılan zaman əksəriyyətinin eyni marşrut üzrə sərnişin daşımaqla məşğul olduqları məlum olub. Avtobuslar isə ayrı-ayrı şirkətlərə məxsus olduğundan hər şirkət ayrı-ayrılıqda interval planlaşdırır və nəticədə bəzən eyni vaxtda dayanacağa 5 avtobus daxil olur. Həmin dayanacaqlarda minik avtomobilləri park edildiyindən avtobuslar yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirib-düşürürlər. Bu isə sərnişindaşıma sahəsində ciddi təhlükələr yaradır. Nəzərə çatdırdığımız hallar Yasamal rayonu Şərifzadə, Bəxtiyar Vahabzadə, eləcə də paytaxtın əksər küçə və prospektlərində də müşahidə olunmaqdadır

Sonda BDYPİ İdarəsi sürücüləri yollarda nizam-intizamlı olmağa, dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırır. Qeyd edək ki, parklanma qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə işləri yol polisi tərəfindən aparılsa da, cərimələrin tətbiqi və ciddi nəzarət mexanizminə də böyük ehtiyac var.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...
Ekologiya
Səhər zəif duman olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer t...
Cəmiyyət
Onunla təmasda olan əməkdaşlar da müşahidə altına alınıb İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkənin vətəndaşı fevralın 25-i saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a...
Cəmiyyət
Reyslər martın 14-dən həyata keçiriləcək  "Türk Hava Yolları" Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb. BakuCity.az-ın məlumatına görə, bu barədə aviaşirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra reyslər təxirə salınıb, məsələn, Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Türk Hava Yol...