Badamdarda villalar ucuzlaşdı - Təcili satış başladı

Badamdarda villalar 30 faiz ucuzlaşdı

2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında sürüşmə halları meydana gəlib. 

Bakucity.az Fed.az-a  istinadən xəbər verir ki, baş verən hadisədən sonra, yəni, dünəndən etibarən ərazi yaxınlığında yerləşən villa və obyektlərin satışı da xeyli artb.

Belə ki, ərazidə yerləşən super təmirli, hündür mərtəbəli villaların qiyməti 150 min manatdan 3.5 milyon manatadək dəyişir. Badamdarda yerləşən villa və obyektlərin əksəriyəti oliqarxlara məxsus olmasına baxmayaraq, mülklər vasitəçilər (maklerlər) tərəfindən satışa çıxarılıb. Əksəriyyətinin qiyməti 10 milyonlarla ölçülən bu mülklər dəyər-dəyməzə satılır.

Hətta bəzi elanlarda real alıcı olacağı təqdirdə endirim də ediləcək.

Misal üçün dünəndən elan saytlarının birində Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa 1.7 milyon manata satışa çıxarılıb. Halbuki, bu villanın dəyəri 3 milyon manatdan artıq qiymətləndirilir.

Göründüyü kimi, ərazidə sürüşmə hallarının baş verməsi, bu zonada yerləşən mülklərin də satışına böyük təsir göstərib. Bəzi oliqarxlar isə ərazidə yerləşən obyektlərini dəyər-dəyməzə satıb, canlarını dövlətin qara siyahısına düşməsindən qurtarmağa çalışırlar. Səbəbi də məlumdur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü, əmlak eksperti Ramil Osmanlı unikal.org-a bildirib ki, baş verən hadisədən sonra Badamdar ərzisində villalar və obyektlərin satış qiymətində 20-30 faiz ucuzlaşma qeydə alınacaq:

"Bildiyiniz kimi, müəyyən dövrlərdə oxşar hadisələr baş verdiyi zamanı ucuzlaşmalar qeydə alınıb. Bunlara əsaslanıb demək olar ki, sürüşmə halları Badamdar qəsəbəsində qiymətlərə kifayət qədər təsir göstərir. Bakının Bayıl ərazisi kifayət qədər bahalı zonalarından biridir. Çünki bura şəhərə yaxın və dəniz kənarında yerləşdiyi üçün kifayət qədər bahalı ərazidir. Bu ərzilərdə yerləşən villa və obyektlərin 50 faizə qədər də ucuzlaşması qeydə alına bilər. Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa hazırda 1.7 milyon manata satılırsa, bu məbləğ bir neçə il bundan əvvəl 2.5 hətta 3 milyon manata qədər idi. Çünki bu ərazilərdə tikilən villar da kifayət qədər bahalı materiallardan hazırlanıb. İndiki satış isə bəzən sözügedən materialların dəyərini heç ödəmir”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin brifinqində bildirilib. Məlumata görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib. Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub: “Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri...
Cəmiyyət
Bakıda iş yerində bədbəxt hadisə baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahinda işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, o...
Siyasət
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını alnır. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Bu barədə BakuCity.az-a Müdafiə Nazirliyi məlumat verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə...
Cəmiyyət
Nazirlər Kabineti tikinti ilə bağlı qaydalarda dəyişiklik edib. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a dəyişiklik edib. Yeni qərara əsasən, tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib. Bundan sonra çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50%-də tikinti aparmaq mümkün olacaq. Binanın ümumi sahəsi üçün verilən hədd də 66%artırılıb. Qayd...
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlərlə bağlı açıqlama yayıb. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda Azərba...
Cəmiyyət
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyindən BakuCity.az-a daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun...
Siyasət
Prezident İlham Əliyevin gözlənilən müharibə öncəsi Ermənistan daxilində siyasi toqquşma yaratmağa hesablanmış addımı reallaşdı. Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb. BakuCity.az xəbər verir ki, Nikol Paşinyan ona qarşı çevrilən daxili ictimai...
Cəmiyyət
Ağırlaşma və ölüm riskini azaldan vitamin. D vitamini səviyyəsi normada olan COVİD-19 xəstələrində ağırlaşma və ölüm halları adıçəkiln vitaminin defisiti olanlarla müqayisədə əhəmiyyətli dərəcədə azalır. BakuCity.az xəbər verir ki, amerikalı alimlər belə qənaətə gəliblər. Belə ki, Boston Universitetinin tibb məktəbinin mütəxəssisləri xəstəxanaya yerləşdirilən zaman 235 xəstənin qanından azalizlər götürüb və D vitamini səviyyəsini yoxlayıblar. Sonra onlarda...
Cəmiyyət
Sürücülər cərimə edilir. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir. BakuCity.az xəbər verir ki, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. V.Əsədov qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutuları olmalıdır. “Bu, “Yol hərəkəti haqq...