Bakıda səyyar əmək birjaları təşkil olunub

Bakıda səyyar əmək birjaları təşkil olunub

Bu ay Paytaxtın üç rayonunda səyyar əmək birjası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ay paytaxtın Səbail rayonunun “20-ci sahə”, Suraxanı rayonunun Əmircan və Qaradağ rayonunun Müşfiqabad qəsəbələrində səyyar əmək birjaları təşkil edilib.

Bu barədə Bakucity.az-a Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. 

Birja çərçivəsində, Dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı barədə iştirakçılara ətraflı məlumatlar verilib. Bundan əlavə, 70 müəssisə üzrə 355 vakansiya təklif edilib. 40 nəfər vətəndaşa vakant iş yerlərinə göndəriş verilib və 15 nəfərin peşə hazırlığı kurslarına, potensialları nəzərə alınmaqla 30 nəfərin özünüməşğulluq proqramına cəlb olunması üçün qeydiyyatı aparılıb.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakıda səyyar əmək birjaları təşkil olunub, fotoşəkil-1 Bakıda səyyar əmək birjaları təşkil olunub, fotoşəkil-2 Bakıda səyyar əmək birjaları təşkil olunub, fotoşəkil-3 Bakıda səyyar əmək birjaları təşkil olunub, fotoşəkil-4 Bakıda səyyar əmək birjaları təşkil olunub, fotoşəkil-5 Bakıda səyyar əmək birjaları təşkil olunub, fotoşəkil-6
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər