Bakıda yaşamaq neçəyə başa gəlir? - GÖSTƏRİCİLƏR

Bakıda yaşamaq neçəyə başa gəlir? - GÖSTƏRİCİLƏR, Javid

Yaşayış səviyyəsinə görə, Bakı dünyanın 529 şəhəri arasında 479-cu yerdədir

Bakucity.az xəbər verir ki, dünya şəhərlərindəki yaşayış şərtlərini araşdıran beynəlxalq "Numbeo" bazası Bakıda yaşayışın neçəyə başa gəlməsi barədə göstəricilər təqdim edib. 

"Numbeo" Bakıda yaşayış şərtlərini belə göstərib:

  • 4 nəfərlik ailənin aylıq xərcləri: kirayə vermədən 2,354 AZN
  • Bir nəfərin aylıq xərcləri: kirayə vermədən 657,6 AZN
  • Bakıda yaşayış indeksinin qiyməti Nyu-Yorkdan 70,10% daha aşağıdır
  • Yaşayış səviyyəsinə görə, Bakı dünyanın 529 şəhəri arasında 479-cu yerdədir. 
  • Bakının yaşayış indeksinin dəyəri 29,90-dır. 

Agentlik Bakıdakı orta aylıq əmək haqqını vergini çıxmaqla 468 manat kimi göstərib. 

Qeyd edək ki, Numbeo bütün bu göstəriciləri son 18 ayda 252 müxtəlif qaynaqdan əldə etdiyini bildirib. 

Bakucity.az

Bakı Yaşayış səviyyəsi Numbeo
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər