1 milyon manatlıq oğurluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı

1 milyon manatlıq oğurluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı, Javid

Alimi qarət etməkdə şübhəli bilinənlərə şərti cəza verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndiriləm Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakucity.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxsə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, X.Zeynalova Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın (Kəngərli) Nəsimi rayonunda yerləşən mənzilində qulluqçu işləyərkən oğurluq etməkdə ittiham edilirdi. Onun bir milyona manatlıq zinət əşyaları oğurladığı iddia edilirdi. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər