Bakının bu yolunda hərəkət bərpa olunur

Bakının bu yolunda hərəkət bərpa olunur, Javid

Nəqliyyat vasitələrinin hərəkəti işıqfor vasitəsilə nizamlanacaq

Bakının Ziya Bünyadov prospektinin kənar yolu ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Məlumata görə, bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində agentliyin mütəxəssislərinin hazırladığı layihənin icrası sayəsində mümkün olub. Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospektinin kənar yolu ilə hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər.

Ziya Bünyadov prospekti ilə 20 yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti - Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti işıqfor vasitəsilə nizamlanacaq.

"Sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən işıqforun və yol nişanlarının tələbinə riayət etmələri xahiş olunur", - məlumatda deyilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər