Badamdar sürüşmə sahəsindəki son durum açıqlandı

Badamdar sürüşmə sahəsindəki son durum açıqlandı

Badamdarda sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, nazirlik tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissəsində uçqun töküntü prosesi qeydə alınıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər