Sürüşmə zonasında seysmik stansiyalar quraşdırılıb

Sürüşmə zonasında seysmik stansiyalar quraşdırılıb

Maqnitometrik tədqiqat işləri aparılır

Bakı şəhəri Səbail rayonunda, Badamdar 20-ci sahə şosesində baş verən sürüşmə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirirlər.

Respublika Seysmoloji Xidmət Mərkəzindən  daxil olan məlumata görə, hazırda mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar.

Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də, gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb. 

Qeyd edək ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq hökumətə təqdim ediləcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər