Prezident: "Bakı-Astara trasından İranla sərhədədək yeni yol çəkiləcək"

Prezident: "Bakı-Astara trasından İranla sərhədədək yeni yol çəkiləcək", Javid

"Həm bu il, həm gələn il əlavə vəsait ayrılacaq"

Bakucity.az “Report”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə deyib.

Ötən ay Bakı-Astara avtomobil yolunun istifadəyə verildiyini deyən Prezident, bunun ən yüksək səviyyəli, çox rahat, təhlükəsiz yol olduğunu bildirib:

"Bilirsiniz ki, yolun yeni istiqaməti müəyyən edilib, yeni tras çəkilib və yolun uzunluğu 40 kilometr qısalıb. Bu yol heç bir şəhərə girmədən düz Astaraya qədər gəlir. Beləliklə, yolboyu yaşayış məntəqələrinin rahatlığı təmin edilir. Əvvəllər bütün yolboyu yerləşən şəhərlərə yük maşınları girirdi və insanları narahat edirdi. İndi bütün yolboyu şəhərlərimiz - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan bu problemdən azad olunub. Bir qalıb ki, Astara şəhərinin problemi də həll olunsun, biz bunu da edəcəyik. Çünki bir hissə qalıb. Azərbaycan-İran sərhədinə qədər yeni yol çəkiləcək. Belə olan halda qonşu ölkəyə yük maşınları və vətəndaşlar Astara şəhərinə girmədən birbaşa sərhədə gedəcəklər. Biz bu layihə üzərində işləyirik, müəyyən işlər görülüb, torpaq ayrılıb, hətta torpağın birinci layları da hamarlanıb. Həm bu il, həm gələn il əlavə vəsait ayrılacaq. Hesab edirəm ki, gələn ilin ortalarına qədər mövcud Bakı-Astara trasından Azərbaycan-İran sərhədinə qədər yeni tras çəkiləcək və heç bir tranzit yük maşını Astara şəhərinə girməyəcək. Biz bunu da edəcəyik ki, Astara sakinləri bu problemlərdən azad olsunlar".

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər