Bakıda velosiped yolları salınacaq: işlər aparılır - ARAŞDIRMA

Bakucity.az velosiped yolları ilə bağlı hazırladığı araşdırmanı oxuculara təqdim edir

İlk baxışda bir şəhərin velosiped yollarına sahib olub-olmaması əhəmiyyətsiz məsələ kimi görünə bilər. Amma bu düşünüldüyündən də ciddi mövzudur. Bir şəhərin velosiped yolları varsa, deməli, o şəhərdə ətraf mühitin, infrastrukturun, mədəniyyətin və alternativlərin qayğısına qalınır.Üstəlik tıxaclarla zəngin şəhərdə velosiped yolları əksər şəhər sakinlərinə hərəkət azadlığı verərdi. Bütün bu səbəblərə görə, Bakı şəhərinin saytı - Bakucity.az saytı vaxtaşırı qaldırılan “bizdə nə vaxtsa velosiped yolları” olacaqmı sualına bir daha cavab tapmağa çalışıb. Vacib fikirlərin öz əksini tapdığı araşdırmanı oxucularımıza təqdim edirik.  

Rəsmi: “Şəhərdə velosipedçilər üçün yolların yaradılması və onların təhlükəsizliyinini təmin etmək üçün işlər aparılır”

Bakucity.az saytına açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, Bakı şəhərində ümumiyyətlə yol infrastrukturu təşkil edilərkən, kütləvi velosiped yolları nəzərdə tutulmayıb: 

“Lakin “BNA” bununla bağlı bir yenilik edib. Hazırda şəhərin müxtəlif küçə və yollarında təhlillər aparılır. Bilmək istəyirik, harda velosiped yolları inşa etmək olar, harda yox” – Mais Ağayev bildirib və əlavə edib: 

“Gələcək layihələr üçün də ilkin ideya kimi düşünürük ki, Bakı Olimpiya Stadionu, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və Atletlər kəndini əlavə eləməklə, belə bir velosiped yolunu təşkil edək. Bundan əlavə, bir saylı velosiped yolu olan Mənzil İnşaat Dövlət Agentliyinin Yasamalda yerləşən Sosial Mənzillər Kompleksinin nəqliyyat şəraiti ilə bağlı BNA-nın hazırladığı layihədə velosiped yollarının təşkil edilməsi nəzərdə tutulub. Ümumi olaraq, şəhərdə velosipedçilər üçün yolların yaradılması və onların təhlükəsizliyinini təmin etmək üçün işlər aparılır”.

Ekspert: “Cəmiyyətimiz xüsusilə velosipedçiyə aid qaydalar barədə çox məlumatsızdır”

Bakının velosiped yolları məsələsini tez-tez qaldıran hüquqşünas Ərşad Hüseynov paytaxtda indiyədək velosiped yollarının olmamasını bunun cəmiyyət üçün maraqlı olmaması ilə izah edib: 

“Almaniya və digər bir çox inkişaf etmiş ölkələrdə velosiped nəqliyyat növü kimi istifadə edilir, çünki insanlar belə istəyir. Ölkəmizdə bu minik növünün indiyə qədər real nəqliyyat növü kimi populyar olmamasının səbəbi cəmiyyətimizin ona yalnız idman aləti və uşaq əyləncə vasitəsi kimi baxmasıdır. Hazırda insanlarımız velosipeddən heç bir formada kütləvi surətdə istfadə etmirlər. Üstəlik velosiped yollarının olmadığı halda velosipedlə yola çıxmaq da çox təhlükəlidir. Xüsusilə avtomobil sürücülərinin velosipedlə yanaşı hərəkətə hazır olmaması əsas səbəblərdəndir. Bütün bu səbəblər bir-biriylə qarşılıqlı bağlıdır. Cəmiyyətimiz xüsusilə velosipedçiyə aid qaydalar barədə çox məlumatsızdır”, - deyə ekspert fikrini tamamlayıb.

“Ölkədə velosiped yollarının olmaması velosipedin satışına da ciddi təsir göstərir”

Mövzunun davamı olara Bakucity.az Bakı bazarında velosipedlərin qiymətləri ilə də maraqlanıb. Məlum olub ki, alıcılar velosipedləri keyfiyyətinə görə yox, daha çox qiymət əsasında seçməyə üstünlük verirlər. Məsələ ilə bağlı “Synergy Group”un əməkdaşı, biznesin inkişafı deportamentinin direktoru Pərviz İlyasov bunları deyib:

“Azərbaycanın ilk və hələlik yeganə milli velosiped brendi olan “Isma Bikes” velosiped zovodu iki ildir ki, fəaliyyət göstərir. Bakıda 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Velotrek”də və daha bir neçə ünvanda brendlərimiz satılır. Şəhər, dağ velosipedi, şosse, trikinq, qadın, uşaq, e-bike, BMX modellərinin satışı 98 manatla 1986 manat arasında dəyişir. Velosipedlərimiz həm qiymətdə, həm də keyfiyyətdə xarici markalardan üstündür. Biz cəmi iki ildir istehsalata başlamışıq, hələlik yerli bazarda möhkəmlənmək istiqamətində düşünürük. Ancaq ölkədə velosiped yollarının olmaması velosipedin satışına da ciddi təsir göstərir”.

Qeyd edək ki, “Isma Bikes” velosiped zovodu 2016-cı ildə fəaliyyətə başlayıb və zavod “Synergy Group” şirkətlər qrupuna daxildir.

Sonda

Araşdırmalara görə dünyada istehlak edilən enerjinin və kükürd qazı tullantısının 20-25 faizi nəqliyyat sektorunun payına düşür. Əvvəlcə qeyd etdiyimiz kimi ətraf mühitin qorunması baxımından velosiped yollarının əhəmiyyəti böyükdür. Buna görə, dünyanın bir çox ölkələrində bu istiqamətdə ciddi işlər aparılır. Bakının da bu trenddə təmsil olunması həm paytaxt infrastruktu, həm də sakinlərin rahatlığı baxımından irəliyə atılmış addım olardı. 

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Velosiped yolu Bakı Isma Bikes
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən...
Siyasət
"Biz sosial şəbəkələrə göz yummaqda maraqlı deyilik" Sosial şəbəkələr olmasaydı, məntəqələrin 98 faizində seçkilər yaxşı keçməzdi. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib. Həmçinin oxu: MSK daha 7 məntəqənin nəticələrini etibarsız saydı O qeyd edib ki, bu, çox gözəl bir vasitədir: “Sosial şəbəkələrin imkanı çox genişdir. Eyni zamanda çox əsaslı bir mənbədir. Biz sosial şəbəkələrə göz y...
Siyasət
Lider namizəd Mixail Zabelindir Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov deyib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, 35 protokol təqdim ediblər: Həm...
Cəmiyyət
Proqram eyni olsa da, qiymətlər fərqlidir Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlamlığın yolu isə düzgün qidalanmaqla yanaşı, birbaşa idmandan keçir. Paytaxt sakinləri arasında idmana olan maraq isə yüksəkdir. Buna sübut olaraq şəhərdə fəaliyyət göstərən idman zalları, fitnes klublar və bu tipli müxtəlif salonların getdikcə çoxalmasını göstərmək olar. Bu, insanların özünə olan diqqətinə, qayğısına da işarədir və istənilən halda yaxşı göstəricidir. Mə...
Hadisələr
Hadisə Xocalı prospektində qeydə alınıb Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib. Görüntülərdən məlum olur ki, binada təmizlik işləri apa...
Mədəniyyət
"Atamla fəxr edirəm" Xalq artisti Rafael Dadaşovun oğlu Emil Dadaşov ilk dəfə efirdə görünüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Şou ATV" verilişinə açıqlama verən 50 yaşlı Emil atası, bacısı və xalası ilə fəxr etdiyini bildirib: "Atamla fəxr edirəm. Hər zaman ondan ibrət dərsi götürmüşəm".  50 yaşlı Emil bir oğul atasıdır. O, Xalq artisti ilə bir evdə yaşayır. BakuCity.az
Cəmiyyət
Qəzaların 80 faizi sürücü diqqətsizliyi ucbatından baş verib Dövlət Yol Polisi sükan arxasında diqqəti olmaq barəsində yeni sosial çarx hazırlayıb. BakuCity.az xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək...
Cəmiyyət
Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə veriləcək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib. Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köç...
Hadisələr
Patrul avtomobili qəzadan yayınmağa çalışsa da... Yol Patrul Xidməti (YPX) avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb. BakuCity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi dünən Bakı-Sumqayıt yolunda qeydə alınıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya sağ hərəkət zolağını gözləmədən qəfil yola çıxan nəqliyyat vasitəsi səb...