Bakıda yeni telekanal fəaliyytə başlayır: adı nə olacaq?

Bakıda yeni telekanal fəaliyytə başlayır: adı nə olacaq?, Javid

Xəbər kanalının oktyabrın sonunda yayıma başlaması gözlənilir

Bakucity.az xəbər verir ki, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov deyib.

"Əslində, kanal yayım üçün tam hazırdır. Artıq Bakıdan veriliş gedir. Siqnal olduqdan sonra yerüstü yayıma keçmək çətin deyil. Yayımın Full HD formatında olması nəzərdə tutulub”, - İsa Məmmədov Reporta açıqlamasında bildirib. 

Telekanal ya "ARB Xəbər”, ya da "ARB 24” adı altında fəaliyyət göstərəcək: "Gedib işlərlə tanış olmuşam. Əslində, hər şey tam hazırdır və bu gün də yerüstü yayıma çıxa bilərlər. Yəqin ki, hələ özləri sınaq edirlər”.

Bakucity.az

Yeni Kanal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər