Badamdarda quyular qazılır

Badamdarda quyular qazılır

İnsanlar köçürülüb, yol bağlanılıb

Bakucity.az xəbər verir ki, Badamdardakı sürüşmə zonasında təhlükəsizlik tədbirləri gücləndirilir.   Nazirlər Kabinetinin şöbə müdiri Şahin Salahov jurnalistlərə açıqlamasında deyib ki, 150 metr dərinliyində 5 drenaj quyusu qazılacaq: "Hazırda 3 quyunun qazılmasına başlanılıb. Quyuların qazılmasında məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir. Hazırda fəaliyyət göstərən quyular da var, qazılan quyular əlavədir".

Şöbə müdiri Reporta bildirib ki, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür: "İnsanlar köçürülüb, yol bağlanılıb. Obyektlərin suyu, işığı kəsilib ki, yanğın, təhlükə, insan tələfatı olmasın. Digər tədbirlər isə araşdırmaların nəticələrinə uyğun olaraq həyata keçiriləcək. Evlərin sökülüb sökülməməsi ilə bağlı qərar da tədqiqatların nəticələrinə əsasən veriləcək. Hazırda evlərdə yaşayış yoxdur".

Bakucity.az

Badamdar Sürüşmə Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər