“YARAT”da növbəti görüş təşkil olunacaq

“YARAT”da növbəti görüş təşkil olunacaq, Javid

 Görüş Xalq rəssamı Rasim Babayevə həsr olunacaq

Bakucity.az xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, görüş Azərbaycan təsviri sənətinin rəngkarlıq və qrafika sahəsində yüksək bədii təsir gücünə malik, bir-birindən maraqlı əsərlər yaratmış Xalq rəssamı Rasim Babayevə həsr olunacaq.

Görüşdə rəssamın sənət fəlsəfəsinə yaxından bələd olan, onun yolunu davam etdirən oğlu Elnur Babayev, sənətkarın həyat və fəaliyyətindən, sənət sirlərindən, daxili dünyasından danışacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər