Bakıda liftdəki qəza ilə bağlı həbs qərarı verildi

Bakıda liftdəki qəza ilə bağlı həbs qərarı verildi

Ş.Əzizov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib

Bakucity.az-ın məlumatına görə, Bakıda binanın liftinin qırılması ilə bağlı “Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

Verilən təqdimat təmin edilib və Ş.Əzizov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə məlumatı Oxu.az saytı yayıb. 

Xatırladaq ki, hadisə Asif Məhərrəmov küçəsi 44 ünvanında, “Göyəzən MTK-nın inşa etdiyi binada baş verib. Hadisə nəticəsində lift 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızının üzərinə düşüb və nəticədə, qadın hadisə yerində dünyasını dəyişib.

İlkin araşdırma nəticəsində məlum olub ki, lift nasaz vəziyyətdə olub. Ş.Əzizovun səhlənkarlığı nəticəsində binada xadimə işləyən Yusifova Mahirə şaxtada işləyərkən liftin üzərinə düşməsi nəticəsində həlak olub. 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Bakucity.az

Lift Qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər