Sürücülərin nəzərinə: Bakıda magistral yollarla bağlı qərar verildi

Sürücülərin nəzərinə: Bakıda magistral yollarla bağlı qərar verildi

Bütün zolaqlar üzrə sürət həddi endirilib

Hazırda Bakıda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakucity.az-ın məlumatına görə, bu addım yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

Sürücülərdən nəqliyyat vasitələri ilə yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. 

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər