Bakıda "Mersedes" qaz borusuna çırpıldı: ölən var - TƏFƏRRÜAT

Bakıda "Mersedes" qaz borusuna çırpıldı: ölən var - TƏFƏRRÜAT

Bakıdakı ağır qəzanın təfərrüatları məlum olub.

Şəhər sakini Məmmədov Tehran Akif oğlu idarə etdiyi "Mercedes" markalı 90-MD-396 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Ramana qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

***

Avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib

Bakucity.az xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1986-cı il təvəllüdlü Məmmədov Tehran Akif oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bakucity.az

Qəza avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər