Hava şəraiti nə vaxt sabitləşəcək?

Hava şəraiti nə vaxt sabitləşəcək?, Javid

Bu gün, oktyabrın 17-də, ölkə ərazisində hava yağmurlu keçəcək

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova Oxu.az-a bildirib ki, hava şəraiti oktyabrın 18-dən sabitləşəcək:

“Gün ərzində bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Ayın 18 və 19-da hava şəraiti sabitləşəcək və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləklərində üstünlük müşahidə olunacaq”.

Gülşad Məmmədova qeyd edib ki, yaxın günlərdə hava şəraitində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər