Kişilər qadın müdir barədə nə düşünür? - ARAŞDIRMA

Araşdırmalara görə, əksər kişilər qadını müdir vəzifəsində görəndə qıcıqlanırlar. 

Bəzi kişilər üçün qadın məsləhətini və ya təklifini qəbul etmək asan deyil. Kişilər bəlkə də qadınların onları ram edəcəyindən qorxurlar. Amma bəs işdə sizin müdiriniz qadındırsa, onda necə? Qadın müdirin hörmətini qazanmaq və karyerasına ziyan vurmamaq istəyənlər üçün bu material faydalı mənbə olacaq. 

  • "Onların şüuraltında qadının itaət edən varlıq olması düşüncəsi formaşıb"

Psixoloq Aygün Ağabalayeva Bakucity.az-ın müxbiriylə söhbəti zamanı bildirir ki, daha əvvəlki əyyamlar deyil, bu gün qadınların işləməsinə münasibət dəyişib. “Rəhbər vəzifələr tutan uğurlu qadınların sayı ildən-ilə artır. Amma qadınların rəhbərlik etmək tərzi də kişilərinkindən xeyli fərqlənir. Kişilər qadınlarda peşəkarlığı qiymətləndirirlər. Deməli, kişi əməkdaşlar vəzifə sahibinin qadın deyil, təcrübəli və güclü rəhbər olduğunu görməlidirlər. Münasibətləri bu tərzdə qura bilən istənilən qadın rəhbər hörmət qazanmış olacaq”, - Aygün xanım deyir və davam edir: 

 "Bəzi kişilər müdir vəzifəsində əks cinsin nümayəndəsini görəndə, qıcıqlanırlar. Çünki onların şüuraltında qadının itaət edən varlıq olması düşüncəsi formaşıb.  Ona görə də bir çox kişilər ağıllı və uğurlu qadın görəndə narazı qalırlar.

Bəzən kişi əməkdaş əvvəlcə qadına tabe olmağa müqavimət göstərir, lakin onun işini görəndən sonra münasibəti  dəyişir. İstənilən halda insani münasibətlər, peşəkarlıq gender fərqlərindən daha çox insanların xarakterindən asılıdır.

Əsas məsələ öz vəzifəni vicdanla yerinə yetirmək və qadına baxarkən ilk növbədə həmkarını görə bilməkdir", - psixoloq fikrini belə yekunlaşdırır.

  • Respondentlərin əksəriyyəti qadınları qədərindən artıq emosional hesab edirlər

Rusiya, Belarus, Qazaxıstan və Ukraynada biznesin inkişafı üzrə tədqiqatlar aparan beynəlxalq “Hedhunter” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu zamanı məlum olub ki, kişilərin yalnız 57%-i qadın rəhbərin öz işinin öhdəsindən gəldiyini düşünür. Kişi respondentlərin əksəriyyəti qadınların daha çox mühasibat və maliyyə sahəsində səmərəli fəaliyyət göstərdiklərini hesab edirlər. Araşdırma zamanı bu da məlum olub ki, qadınlar top-menecment  istisna olmaqla, bütün sahələrdə rəhbərlikdə təmsil olunurlar.

Respondentlərin  əksəriyyəti (41%) qadın müdirin lazım olandan daha emosional, 39%-i isə proqnozlaşdırılması mümkünsüz kimi xarakterizə ediblər.

Sorğuda kişilərin qadın müdirdə görmək istədikləri keyfiyyətlər arasında birinci yerdə liderlik bacarığı (75%), ikinci yerdə inandırmaq bacarığı (64%),  üçüncü yerdə isə risk etmək bacarığı (34%) yer alıb. 

Respondentlərin 13%-nin fikrincə, bir qadın məsul vəzifənin öhdəsindən gəlmək üçün “şeytan” olmalıdır.  Kişilərin 7%-ə qədəri isə qadınların ümumiyyətlə yaxşı rəhbər olacağına inanmadıqlarını deyiblər.

  • Bəs ölkəmizdə necə düşünürlər?

"Müdirə sadəcə əks cinsin nümayəndəsidir deyə xüsusi münasibət göstərmək düzgün deyil"

Repondentimiz Cəmil Həsənov idman geyimləri mağazasında işləyərkən rəhbərinin  "direktor köməkçisi" vəzifəsində çalışan bir qadın olduğunu deyir. Cəmil qəti əmindir ki, "hansı cinsdən olmasının fərqi yoxdur, rəis sadəcə olaraq örnək olmalı, əlinə səlahiyyət keçəndə bundan sui-istifadə etməməlidir.  Cəmilin dediyinə görə, onun müdirəsi hər imkanda onlardan daha yüksəkdə durduğunu nümayiş etdirməyə çalışırmış. “Bu düzgün deyil, qeyri-peşəkarlıqdır”, - o deyir və əlavə edir ki, yaşamaq üçün pul lazım olduğuna görə, bəzən müəyyən şeylərə göz yummalı olursan.  

"Amma kişilər tabeliyində olanlara tamam başqa cür davranırlar", -  sonda həmsöhbətimiz əminliklə bildirir.

Adil Quliyevin hər iki cinsdən olan rəhbərlərlə iş təcrübəsi olub. O, etiraf edir ki, kişi rəislə işgüzar münasibətlər qurmaq onun üçün daha asandır. Bundan başqa, kişiylə nəinki iş barədə danışmaq, hətta dostluq münasibətləri də qurmaq olur. "Biz işdən sonra tez-tez birlikdə vaxt keçirirdik", - Adil deyir.  

Onun qadın müdirəsi paytaxt otellərinin birində baş direktor vəzifəsində çalışırmış. Bəzən onların arasında anlaşılmazlıqlar yaşanıb. Adil  bunu qadının məsul qərarlar qəbul edərkən, yaşadığı əsəb gərginliyi ilə  izah edir. Buna görə də o, problemin müdirin cinsi ilə deyil, böyük ehtimalla xarakteriylə bağlı olduğunu düşünür. Üstəlik, Adil  bildirir ki, əgər müdiri bu deyil, başqa  bir qadın olsaydı, işindən imtina eləməzdi. 

Qadın-redaktorla işləyən jurnalist Orxan Sultanov vəziyyətindən razı olduğunu deyir. "Hətta, biz əvvəlcədən tanış olmasaydıq belə, mən onun rəhbərliyi altında işləyərdim. Mənim ondan əvvəlki müdirim kişi olub, amma münasibətlərimiz ürəkaçan olmayıb", - deyə Sultanov vurğulayır.

Bundan əlavə, Orxan hesab edir ki, müdirə sadəcə əks cinsin nümayəndəsidir deyə xüsusi münasibət göstərmək düzgün deyil.  "Belə davranış qadını təhqir edə bilər, çünki hamı adekvat davranış gözləyir, xüsusilə əgər işdən söhbət gedirsə", - Orxan sonda bildirir.

Əlbəttə, qadın-rəisin kişi həmkarından üstün olduğunu və ya geri qaldığını müəyyənləşdirmək mümkün deyil. Amma bununla belə, sağlam məntiq bizə deyir ki, rəhbərlikdə olan şəxsin hansı cinsə mənsub olmasının fərqi yoxdur. Əsas məsələ insanın şəxsiyyəti və peşəkarlıq keyfiyyətləridir.

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Qadın müdir biznes
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin brifinqində bildirilib. Məlumata görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib. Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub: “Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri...
Cəmiyyət
Bakıda iş yerində bədbəxt hadisə baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahinda işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, o...
Siyasət
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını alnır. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Bu barədə BakuCity.az-a Müdafiə Nazirliyi məlumat verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə...
Cəmiyyət
Nazirlər Kabineti tikinti ilə bağlı qaydalarda dəyişiklik edib. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a dəyişiklik edib. Yeni qərara əsasən, tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib. Bundan sonra çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50%-də tikinti aparmaq mümkün olacaq. Binanın ümumi sahəsi üçün verilən hədd də 66%artırılıb. Qayd...
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlərlə bağlı açıqlama yayıb. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda Azərba...
Cəmiyyət
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyindən BakuCity.az-a daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun...
Siyasət
Prezident İlham Əliyevin gözlənilən müharibə öncəsi Ermənistan daxilində siyasi toqquşma yaratmağa hesablanmış addımı reallaşdı. Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb. BakuCity.az xəbər verir ki, Nikol Paşinyan ona qarşı çevrilən daxili ictimai...
Cəmiyyət
Ağırlaşma və ölüm riskini azaldan vitamin. D vitamini səviyyəsi normada olan COVİD-19 xəstələrində ağırlaşma və ölüm halları adıçəkiln vitaminin defisiti olanlarla müqayisədə əhəmiyyətli dərəcədə azalır. BakuCity.az xəbər verir ki, amerikalı alimlər belə qənaətə gəliblər. Belə ki, Boston Universitetinin tibb məktəbinin mütəxəssisləri xəstəxanaya yerləşdirilən zaman 235 xəstənin qanından azalizlər götürüb və D vitamini səviyyəsini yoxlayıblar. Sonra onlarda...
Cəmiyyət
Sürücülər cərimə edilir. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir. BakuCity.az xəbər verir ki, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. V.Əsədov qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutuları olmalıdır. “Bu, “Yol hərəkəti haqq...