Paytaxtda Səməd Vurğun küçəsində də sürüşmə oldu

Paytaxtda Səməd Vurğun küçəsində də sürüşmə oldu

Sürüşmə hadisəsi səhlənkarlıq səbəbindən baş verib 

Bakucity.az xəbər verir ki, Bakının əsas küçələrindən biri olan Səməd Vurğunda yol sürüşüb. Küçənin 60 metr uzunluq və 3 metr enində sürüşmə qeydə alınıb. Sürüşməyə səbəb isə tikintinin düzgn aparılmaması olub. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hadisə barəsində Report.az-a açıqlama verib: "Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı. Nəticədə yağış yağarkən sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparılır. Tikinti aparan şirkət yola dəymiş ziyanı ödəyəcək. Bundan başqa, AAYDA sözügedən ərazidə bərpa işlərinə başlayıb". 

Bakucity.az

Sürüşmə Səməd Vurğun küçəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər