Bakıda yoluxucu qrip təhlükəsi var? - Açıqlama

Bakıda yoluxucu qrip təhlükəsi var? - Açıqlama, Javid

"Qripin ətraf ölkələrdən Azərbaycana keçmə ehtimalı var"

Bakucity.az xəbər verir ki, Respublikanın baş infeksionisti Cəlal İsayev sakinləri narahat edən qrip virusu ilə bağlı açıqlama verib. “Mövsümlə əlaqədar olaraq qrip və digər virus infeksiyalarının yayılması ehtimalı artır. Ona görə də insanlar düzgün qidalanmalı və isti geyinməlidirlər. Çünki payız-qış aylarında orqanizmin iqlim dəyişikliklərinə alışması çətin olur”.

C.İsayev Report-a açıqlamasında ölkədə epidemiolji xarakter daşıyan hansısa virusun yayılması təhlükəsi olmadığını bildirib: “Lakin qriplə bağlı hər zaman təhlükəli vəziyyət ola bilər. Qripin ətraf ölkələrdən Azərbaycana keçmə ehtimalı da var. Bunun qarşısını almaq üçün görülən qabaqlayıcı tədbirlər isə çox vaxt effekt vermir. Çünki qrip çox sürətlə yayılır. Bəzən vətəndaşlarımız buna ciddi yanaşmırlar. Amma qrip təhlükəsinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Çünki bu, kifayət qədər ciddi və ağır nəticələr verə bilir”.

Bakucity.az

Qrip Bakı virus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər