Köhnə və qeyri-estetik reklam lövhələri dəyişdiriləcək
Bakucity.az xəbər verir ki, paytaxta köhnə və qeyri-estetik reklam daşıyıcıları dəyişdirilərək, yerlərinə yeniləri qoyulacaq. Bu, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) şəhərin görünüşünün yaxşılaşdırılması məqsədiylə apardığı tədbirlər planı çərçivəsində həyata keçirilir. Bu barədə xəbəri haqqin.az saytı yayıb.
Yeni reklam daşıyıcıları paytaxtın küləkli və dəyişkən iqliminə uyğun olacaq. Bakıdakı köhnə reklam daşıyıcılarının yeniləriylə əvəzlənməsi prosesinin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilib.
Bakucity.az