Səməd Vurğun küçəsindəki yol niyə çöküb? - Açıqlama

Səməd Vurğun küçəsindəki yol niyə çöküb? - Açıqlama

"Səməd Vurğun küçəsində piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır"

Bakucity.az xəbər verir ki, bu sözləri "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib. 

"Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb. Biz düşünürük ki, piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır. Yəni yağış suları borular vasitəsilə axıdılır, bu da müəyyən qədər torpağı yuyur. Düşünürük ki, sürüşmənin səbəbi budur", - Həsənzadə Report-a açıqlamasında qeyd edib. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yollarının Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yolun dayanıqlığı nəzərə alınmadan və geoloji işlər aparılmadan tikinti işlərinin həyata keçirildiyini bildirib.

Bakucity.az

Yol çökdü Nəsimi Sürüşmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər