Dövlət Agentliyi: Çökən yolda dəymiş ziyanı tikinti şirkəti ödəyəcək

Dövlət Agentliyi: Çökən yolda dəymiş ziyanı tikinti şirkəti ödəyəcək, Javid

Yolun bərpasına artıq sabahdan başlanılacaq

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsinin çökmə səbəbi orada tikinti işlərinin normalara uyğun aparılmaması və yolun dayanaqlığının öyrənilməməsidir. Dəymiş ziyan tikinti şirkəti tərəfindən ödəniləcək.

Bakucity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

O, Trend-ə açıqlamasında qeyd edib ki, yolun bərpasına artıq sabahdan başlanılacaq.

Bakucity.az

Sürüşmə Səməd Vurğun küçəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər