Bakıda yeni turizm brendi təqdim olundu

Bakıda yeni turizm brendi təqdim olundu, Javid

Brendin yaradılmasında məqsəd ölkəmizi xaricdə daha yaxşı tanıtmaqdır

Bakucity.az xəbər verir ki, brendi Büronun brend və marketinq üzrə direktoru Fidan Quliyeva təqdim edib.

O, brendin yaradılması yolundan bəhs edib: "Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün güclü brendə malik olmalıyıq. Azərbaycanın bütün gözəlliklərini üzə çıxarmalıyıq. Gözəl mətbəximiz, qonaqpərvər insanlarımız var. Yeni brendi hazırlayarkən bütün bunları nəzərə aldıq. Azərbaycan yeni kəşflər ölkəsidir. Bu loqo Azərbaycanın dünyada tanınmasına kömək edəcək". Report-un məlumatında deyilir.

F.Quliyevanın sözlərinə görə, yeni turizm brendinin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabr ayında Londonda (Böyük Britaniya) keçiriləcək “Dünya Səyahət Bazarı” sərgisində (London WTM) baş tutacaq.

Brendin sloqanı "Bir daha baxın"dır ("Take another look").

Bakucity.az

Turizm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər