"Vorskla" erməni futbolçusını Bakıya gətirirmi? - Qərar

"Vorskla" erməni futbolçusını Bakıya gətirirmi? - Qərar, Javid

Klub rəsmisi: Siyasi amildən danışmaq əsassızdır

Bakucity.az xəbər verir ki, Ukraynanın "Vorskla" klubunun futbolçusu Geqam Kadimyan "Qarabağ"la Avropa Liqasının IV tur matçı üçün Bakıya gəlməyəcək.

Bu barədə "Report"a Poltava təmsilçisinin mətbuat attaşesi Andrey İvanov məlumat verib. Onun sözlərinə görə, səbəb 26 yaşlı hücumçunun zədəli olmasıdır. Klub rəsmisi eyni səbəbindən, yarımmüdafiəçi Georgi Kobaxidze və hücumçu Denis Vasinin də qarşıdakı oyunu buraxacağını bildirib.

İvanov Kadimyanın "Qarabağ"la Bakıdakı qarşılaşmada siyasi səbəblərdən iştirak etməyəcəyinə dair iddialara isə belə münasibət bildirib: "Futbol siyasətlə bu cür kəsişməməlidir. Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçu zədəlidir, beli sərpib".

Qeyd edək ki, "Qarabağ" və "Vorksla" komandaları oktyabrın 25-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər. 

Bakucity.az

"Vorskla" klubu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər