Ağıllı robot “Sofiya” Bakıda milli geyimdə olacaq - Video

Ağıllı robot “Sofiya” Bakıda milli geyimdə olacaq - Video, Javid

26-30 oktyabr tarixlərində Bakıda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

Bakucity.az saytı xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq. 

Nazirliyin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov qafqazinfo saytına müsahibəsində Bakı sakinləri üçün maraqlı olacaq Ağıllı robot “Sofiya” səfəri haqqında da danışıb: 

"Yəqin məlumatınız var ki,  “Sofiya” indiyədək dünyanın 40-dan çox ölkəsinə səfər edib. BMT-nin və Davos İqtisadi Forumunun qlobal tədbirlərində iştirak və çıxış edib. “İnnovasiyalar həftəsi” çərçivəsində isə o, Azərbaycana gələcək.

“Sofiya” ən uğurlu süni intellekt nümunəsi olmaqla, həm də,  ilk vətəndaşlığı olan robotdur. O, Səudiyyə Ərəbistanı vətəndaşıdır.  

Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına sahibdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində “Sofiya” Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində, elə qonaqları da Azərbaycan  dilində salamlayacaq". 

Bakucity.az

Ağıllı robot Sofiya Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər