Bakıda sahibsiz itlərlə bağlı müraciətlərə niyə baxılmır? - Açıqlama

Bakıda sahibsiz itlərlə bağlı müraciətlərə niyə baxılmır? - Açıqlama

BŞİH qərar verdi: bu qurumun fəaliyyəti dayandırıldı

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib. Bu barədə məlumatı Unikal.org saytı paylaşıb. 

Verilən məlumata görə, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən idarədə təmir-tikinti işləri aparılır. Yeni layihədə heyvanlar üçün müasir sığınacaqların salınması və müasir mərkəzin qurulması nəzərdə tutulur. Bu səbəbdən də sahibsiz küçə heyvanları ilə bağlı müraciətlərə baxılmır.

Bakucity.az

Küçə itləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər