Bakıda repetitor xidmətləri neçəyədir? - QİYMƏTLƏR

Bakucity.az repetitor xidmətləri barədə araşdırmanı təqdim edir

Buraxılış imtahanlarını uğurla vermək və universitetə daxil olmaq üçün məktəbdə keçilən dərslər çox vaxt yetərli olmur. Ümumiyyətlə, məktəb illərində öyrədilən materialı təkbaşına əxz eləmək də asan məsələ deyil. Bəzən şagirdlər heç hardan başalayacaqlarını da bilmirlər. Ona görə də bir çoxları özəl müəllim xidmətlərinə müraciət edirlər. Bakucity.az saytı bu dəfə oxuculara Bakıda repetitor xidmətlərinin keyfiyyəti və qiymətləri barədə araşdırmanı təqdim edir.

  • “Repetitorlar var deyə, ölkədə hələ də təhsil var” 

Təhsil eksperti Kamran Əsədov Bakucity.az-a açıqlamasında ölkəmizdə qəbul imtahanları çox çətin olduğuna görə fərdi dərslərin populyarlaşdığını deyib. 

“Əgər qəbul imtahanları sadələşdirilsə, özəl müəllim tutmağa ehtiyac qalmaz, bu məktəb təhsilinin əhəmiyyətinə də müsbət təsir göstərər. Azərbaycanda həm fənlərin sayına, həm də sualların çətinliyinə görə qəbul imtahanları çox ağırdır”, - ekspert fikrini tamamlayıb.

Onun sözlərinə görə, repetitorluq sahəsində əsas mənfi cəhət ixtisaslaşmış fərdi müəllimlərin azlığıdır, müsbət cəhət isə bunun dərsləri çatdırmaqda yardımçı olmasıdır: “Təhsil qurumlarındakılar hesab edirlər ki, - Kamran Əsəsdov fikrinə davam edib:  repetitorlar onların işinə maneə olur. Amma məhz repetitorlar var deyə ölkədə hələ də təhsil var”.

Ekspert hesab eləyir ki, repetitorların məktəbə cəlb edilməsi pis fikir deyil, amma bu prosesə təhsil mütəxəssiləri nəzarət etməlidir: “Repetitorların ştatdankənar əməkdaşlar hesab olunması barədə müqavilə də bağlamaq olar. Amma bunun təhsilin inkişafına necə təsir edəcəyi məlum deyil” - deyə ekspert fikrini yekunlaşdırıb. 

  • Fərdi məşğələlər bazarında qiymətlər necədir?

Əlbəttə, uşağınıza fərdi müəllim tutsanız, həmin fəndən nəticələri yaxşı olacaq. Amma öz sahəsinin mütəxəssisi olan və eyni zamanda şagirdlərlə dil tapa bilən repetitor  tapmaq çətindir.  Yaxşı təcrübəsi və populyarlığı olan müəllim isə baha qiymətə hazırlaşdırır.

Bakucity.az müəllim  və şagirlər arasında kiçik sorğu keçirəndən və internet axtarışlarından sonra Bakıda repetitorların müxtəlif fənlər üzrə hazırlıq qiymətlərinin 50-80-100 manat arasında dəyişdiyini müəyyən edib. Təbii, 120 manatdan da yuxarı hazırlıq qiyməti tələb edən repetitorlar var. Buraya əsasən xarici dil, riyaziyyat və ya tarix fənni daxildir. Qiymətlərə fənnin çətinliyi, əlavə məşğələlər, şagirdin materialı öyrənmə vaxtı və s. digər amillər də təsir edir. Ortalama olaraq müəllimlərin əksəriyyəti 1 dərs üçün 10 manat alır. Bir aya isə əsasən 8 dərs təklif olunur. 

Məşğələnin qiymətinə hazırlığın şəhərin hansı rayonunda keçirilməsi də təsir edir. Yasamal, Xətai, Səbayıl və ya Nərimanov kimi  mərkəzi rayonlarda 8 dərs üçün dərsbaşına qiymət 100 manatadək arta bilər. Ucqarlarda, məsələn Mərdəkan, Qobustan, Pirallahıda isə qiymət cəmi 50 manat da ola bilər. 

  • Valideynlər nə deyir?

Aynurə Nuriyeva: “Oğlum üçün müəllim tapmaq çətin olmadı, əksəriyyətini qohumlar tövsiyyə elədilər. O, keçən il II qrupa hazırlaşırdı, nəticə yaxşı oldu - 525 bal. Hər fənn üçün 80 manat ödəyirdik”.

Leyla Əhmədli: “Oğlum 11-ci sinifə keçəndə, hansı müəllimlərlə məşğul olacaq kimi bir problem çıxmadı. Məncə, ən yaxşısı elə dərsləri keçən müəllimləri seçməkdir. Əgər onları seçməsəniz, attesatda qiymətlər də aşağı ola bilər. Hər fənnə görə hazırlığa 80 manat öfəyirdik, Azərbaycan dilinə görə isə - 65 manat”.

  • Qonşu ölkələrdə repetitorluq xidmətləri neçəyədir?

Bizdə  olduğu kimi Rusiyada da universitet hazırlığı üçün müəllim tutmaq lazım gəlir. Fərdi müəllimlərin Rusiya bazarındakı  hazırlıq qiymətləri 2014-ci ildən bəri demək olar ki, dəyişməyib.  Bu cür hazırlıqların bir fənn üzrə saatbaşına ortalama qiyməti 2014-2015-cü illərdə Moskvada 1219 rubl (31,07 AZN) olubsa, 2017-ci ildə 2% fərqlə, 1243 rubla qədər (31,65 AZN) artıb. 

Fərdi əsasda dərslər Qazaxıstanda da çox populyardır və zəruri sayılır. Burada müəllimlərə həm məktəb dərslərinə hazırlaşmaq, həm də  ali məktəbə hazırlıq üçün müraciət edirlər. Statistikaya görə, əhalinin təxminən 25%-i fərdi hazırlıq müəllimlərinə müraciət edir. Repetitorlarla məşğələlərin qiyməti bir fənn üzrə saatbaşına 1000-dən təngədən (4,57 AZN) başlamaqla, 5000 təngəyə qədər (22,83 AZN) çatır.

Repetitor xidmətləri Ukraynada da populyardır. Humanitar elmlər üzrə fənnlər nisbətən ucuz olmaqla – bir fənn üzrə saatbaşı 150 hrivnidən (5,34 AZN)  400 (24,25 AZN)  hrivenə qədər dəyişir. Dəqiq elmlər isə 200-dən (12,12 AZN) 500 (30,31 AZN)  hrivenə qədər dəyişir. 

  • Hamının müəllim tutmağa imkanı çatmır

Yekunda qeyd etmək istərdik ki, bir çox bakılılar peşəkar repetitor xidmətlərini dəstəkləyir, amma hamının da buna imkanı çatmır. Belə olan zaman hazırlığa gedə bilməyən uşaqlar özlərini müəyyən qədər narahat hiss edirlər. Üstəlik, ali məktəbə qəbul olmaq faizi də imtahanın çətinliyinə görə azalır. Bir çoxları təhsil sahəsindəki yeniliklərin bu vəziyyəti dəyişəcəyinə ümid edirlər. 

Bakucity.az sonda sizə Bakıda repetitorluq sahəsindəki qiymətləri təqdim edir:

Fənnin adı

Ortalama qiymət

1.

Azərbaycan dili

65-80-100

2.

Rus dili və ədəbiyyatı

65-80-100

3.

İngilis dili

80-100-120

4.

Kimya

50-80-100

5.

Riyaziyyat

65-80-100

6.

Fizika

50-80-100

7.

Biologiya

50-80-100

8.

Coğrafiya

50-80-100

Hazırladı: Züleyxa İsmayılova

Repetitor Hazırlıq Universitet hazırlığı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Cəmiyyət
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir "Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb". BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində de...
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...