Çökən yol şirkət tərəfindən bərpa olunur
Bakucity.az xəbər verir ki, dünən Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb. Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib:
"Bərpa işləri ötən gecədən başlayıb. Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldikdən sora piyada səkilərinin bərpası istiqamətində addımlar atılacaq".
A.Nəcəfli qeyd edib ki, qəza yerində çox ciddi problem olmadığından işlər yekunlaşdıqdan sonra binanın tikintisi davam etdiriləcək.
Bakucity.az