Gənc qadını liftdə yaxın qohumu bıçaqladı - VİDEO

Gənc qadını liftdə yaxın qohumu bıçaqladı - VİDEO, Javid

Zərərçəkən hadisənin pul üstündə baş verdiyni bildirir

Bakucity.az xeber verir ki, Həzi Aslanov yaxınlığındakı binaların birində insdent yaşanıb. 30 yaşlı Qəmər Qarayeva "musavat.com"a açıqlamasında toydan qayıdarkən liftdə bibisioğlu tərəfindən bıçaqlandığını iddia edib. 

"Bibim oğlu da içkili vəziyyətdə idi. O, mənim arxamca liftə soxularaq üstümə hücum çəkdi. Mənə 4-5 bıçaq zərbəsi vurdu. Əgər, lift bağlanmasaydı, mən qışqırmasaydım, bəlkə də ölmüşdüm. O, liftə tam girmədiyindən qapılar onu sıxdı. Məcbur çıxmalı oldu. Mən qanlar içində liftdə qaldım. Bütün bunlar təqribən gecə 1 radələrində baş verdiyindən ətrafda heç kim yox idi. Köməksiz vəziyyətdə qalmışdım. Birtəhər evə qalxa bildim. Qanaxmam o qədər çox idi ki, huşumu itirirdim. Sürünə-sürünə birtəhər evə çata bildim. Anam tez təcili tibbi yardım çağırdı. Xəstəxanaya çatdırıldım və açıq əməliyyata götürdülər".”, - Qəmər Qarayeva bildirib. 

Zərərçəkən deyib ki, bibisioğlu barəsində istintaq getdiyi halda o, ölkəni tərk edib. 

Qəmər Qarayeva artıq məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciət hazırladığını,Xətai Rayon Prokurorluğunda və Başı Şəhər Prokurorluğunda qəbulda olduğunu bildirib. Hadisə ilə bağlı daha ətraflı video sujetdə tanış ola bilərsiniz. 

Bakucity.az

bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər