Bakıya gələn gəmidə zəhərlənənlərdən 4 nəfərin vəziyyəti ağırdır - Açıqlama

Bakıya gələn gəmidə zəhərlənənlərdən 4 nəfərin vəziyyəti ağırdır - Açıqlama, Javid

Zəhərlənən şəxslər 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunurlar.

Bakucity.az xəbər verir ki, Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən 12 heyət üzvündən 8 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində müalicə olunurlar.

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib ki, zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə nisbi kafidir: "Hazırda müalicələri davam etdirilir. Həmin şəxslər gəmidə taxıla vurulan kimyəvi maddədən zəhərləniblər. Artıq zəhərlənənlərin vəziyyətləri yaxşılaşmağa doğrudur, müalicələr müsbət təsir göstərir".

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Bakucity.az

Xəzər dənizi Gəmi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər