“Qarabağ”ın məşhur futbolçusu Bakıda ağır qəza törətdi

“Qarabağ”ın məşhur futbolçusu Bakıda ağır qəza törətdi

Piyada ağır xəsarətlər alıb.

Bakucity.az xəbər verir ki, “Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı “Wolksfagen Tuareg” markalı avtomobillə vurub 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Hadisə nəticəsində Namiq Eyvazovun hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Bu barədə xəbəri Publika.az saytı yayıb. 

İlkin araşdırmalar zamanı məlum olub ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib.

Bakucity.az

“Qarabağ” futbol klubu Hanner Haldorson Ağır qəza Avtomobil qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər