Bakıda aptekə basqın edən qadının məhkəməsi başladı

Bakıda aptekə basqın edən qadının məhkəməsi başladı

34 yaşlı Aygün Əliyeva aptekə bıçaqla hücum edib

Bakucity.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyeva barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Bu barədə xəbəri Report yayıb. 

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Hadisə bu ilin Martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. A.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Amma hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakucity.az

Aptek basqın qadın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər