"Qarabağ" klubundan qəza ilə bağlı açıqlama

"Qarabağ" klubundan qəza ilə bağlı açıqlama

Bakıdakı qəza ilə bağlı klub rəsmisi münasibət bildirib

Bakucity.az xəbər verir ki, 18 Oktyabr tarixində gecə vaxtı "Qarabağ" klubunun qapıçısı Hanner Haldorson Bakıda ağır qəza törədib. O, idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg” markalı avtomobillə 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Hadisə nəticəsində piyadanın hər iki ayağı qırılıb.

Bu gün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla bağlı qaynar.info saytına açıqlama verib. O, Haldorsonun məşqdən çıxandan sonra qəza törətdiyini bildirib: "Hadisə məşq bitdikdən sonra baş verib. Amma özü xəsarət alan şəxsi xəstəxanaya aparıb. Orda nəzarət edib, xəstənin vəziyyəti ilə maraqlanıb".

Qeyd edək ki, hələlik hadisə barəsində rəsmi ölçünün götürülməsiylə bağlı xəbər çıxmayıb. 

Bakucity.az

Qəza avtomobil qəzası Qarabağ futbol klubu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər