Bakıda evli qadını fotolarla şantaj edən şəxs həbs edildi

Bakıda evli qadını fotolarla şantaj edən şəxs həbs edildi

Astan Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakucity.az saytı xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məlumatı Report yayıb. 

Məhkəmənin hökmü ilə Astan Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, A.Əzizov tanışı olan Sevda Əliyevanı (ad və soyad şərti) şantaj edərək 4 min dollar pul tələb edib.

Bakucity.az

Həbs Şantaj Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər