Yay təzədən qayıdır: Bakıda möhkəm istilər olacaq

Yay təzədən qayıdır: Bakıda möhkəm istilər olacaq, Javid

Paytaxtda 25 dərəcəyə yaxın isti olacaq

Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oktyabrın 20-nə gözlənilən hava şəraitini açıqlayıb.

Şnbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 20-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bakucity.az

Hava durumu Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər