Bakıda saxta "MTN əməkdaşı"na hökm oxundu - 7.5 il həbs cəzası

Bakıda saxta "MTN əməkdaşı"na hökm oxundu - 7.5 il həbs cəzası

Özünü MTN əməkdaşı kimi təqdim edən şəxs vətəndaşları aldadıb

Bakucity.az xəbər verir ki, Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, məhkəmənin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Report-un xəbərində bildirilir.

Xatırladaq ki, prokuror çıxışında Y.Bayramovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər