Bakıda III Avrasiya Konfransına start verildi

Bakıda III Avrasiya Konfransına start verildi, Javid

Konfrans iki gün davam edəcək

19 oktyabr 2018-ci il tarixində Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (İAEE) təşkilatçılığı və Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi ilə “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusuna həsr olunan III Avrasiya Konfransı öz işinə başlayıb.

Bakucity.az xəbər verir ki, İqtisadiyyat və Energetika Nazirlikləri tərəfindən dəstəklənən, SOCAR, BP, “Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC, SOCAR Türkiyə, Schneider Electric və AzEkoKonsaltinq şirkətləri tərəfindən maliyyələşdirilən konfransda ABŞ, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Sloveniya, Rumıniya, Pakistan, Qazaxıstan, Qırğızıstan və Çili kimi ölkələrin enerji sektorlarından olan müəssisələrin rəhbər nümayəndələri iştirak ediblər.

İki gün davam edəcək konfransda İAEE nümayəndə heyəti ilə yanaşı, Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi, Qazaxıstan Bərpa Olunan Enerji Assosiasiyası, Avropa Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyi, Gürcüstan Enerji və Su Təchizatı Məsələləri üzrə Tənzimləyici Komissiyası, “Gürcüstan Dövlət Elektrik Sistemləri” ASC, “ENEDİS” şirkəti, Rumıniya Elmlər Akademiyası, Rumıniyanın Atom Enerji Agentliyi, Beynəlxalq Yaşıl Texnologiyalar və Sərmayələr Mərkəzi və digər təşkilat və ölkələrdən gələn qonaqlar müxtəlif plenar iclaslarda məruzələrlə çıxış edəcəklər.

Bakucity.az

Bakı Ali Neft Məktəbi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər