Badamdarda sürüşmə evlərin hasarlarına doğru irəliləyir

Badamdarda sürüşmə evlərin hasarlarına doğru irəliləyir, Javid

Çatlarda gözlə görüləcək artım müşahidə olunur

Bakucity.az xəbər verir ki, Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür. Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır. Report-un verdiyi məlumatda deyilir. 

 "Sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa, gözlə görüləcək artım müşahidə olunur", - Əziz Qaralov bildirib. 

Bakucity.az

Badamdar Sürüşmə Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər