Zığdakı sürüşmə evləri deformasiyaya uğradıb

Zığdakı sürüşmə evləri deformasiyaya uğradıb

Yeni istinad divarı inşa olunur

Bakucity.az xəbər verir ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında Zığdakı sürüşmənin yaratdığı problemlərdən danışıb. 

Qaralovun sözlərinə görə, ərazidə bir metrdən çox çökmə, divarların aralanması və vəziyyətini nisbi də olsa, dəyişən evlər var:

“Baxmayaraq ki, orada layların yatımı qərb istiqamətindədir, amma şərq tərəfdə yamac maili olduğu üçün sürüşmə, uçqunlar həmin istiqamətdə daha çox baş verir. Dünən Zığ şosesində çökmə tipli sürüşmə qeydə alındı. Yolun bir hissəsində metal konstruksiya ilə inşa edilmiş istinad divarı uçub. Həmin divara bərkidilən istinad divarlarının əksəriyyəti çatlayıb. Yenidən istinad divarı inşa olunur”. Oxu.az-ın məlumatında bildirilir. 

Əziz Qaralov ərazidə piyada səkilərinin də deformasiya uğradığını, gərginliyin davam etdiyini deyib. 

Bakucity.az

Sürüşmə Bakı Zığ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər